2020-ci ildə Azərbaycanda karbamid istehsalı 2,5 dəfə artacaq

2020-ci ildə Azərbaycanda karbamid istehsalı 2,5 dəfə artacaq Gələn il Azərbaycanda 500 min ton karbamid istehsalı proqnozlaşdırılır.
Sənaye
23 Oktyabr , 2019 12:23
2020-ci ildə Azərbaycanda karbamid istehsalı 2,5 dəfə artacaq

Gələn il Azərbaycanda 500 min ton karbamid istehsalı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib.

2021-ci ildə karbamid istehsalının 620 min ton, 2022-ci ildə 640 min ton, 2023-cü ildə 650 min ton olacağı proqnozlaşdırılır.

2019-cu il üzrə proqnoz 200 min ton təşkil edir.

Xatırladaq ki, Azərbaycanda karbamid istehsalı SOCAR-ın Karbamid zavodunda həyata keçirilir. Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara bu il yanvarın 16-da verilib. Zavodun istehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. 

Son xəbərlər

Orphus sistemi