Bu gün Azərbaycan Tibb Universitetində (ATU) XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilir.
''Report''un xəbərinə görə, tədbirdə çıxış edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev konqres iştirakçılarını salamlayaraq bildirib ki, dünyanın 25 ölkəsindən 150-dən çox mütəxəssis fikir mübadiləsi aparmaq üçün Bakıya təşrif buyurublar: ''Konqresə olan maraq həm də ondan ibarətdir ki, bu il konqresin materiallarında 31 ölkədən 600-ə qədər məqalə və tezislər dərc olunub. Bu da konqresin əhəmiyyətindən xəbər verir. Azərbaycan səhiyyəsinin inkişafında çox böyük addımlar atılıb".
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli konqres iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. O, konqresin ərsəyə gəlməsində akademik Böyükkişi Ağayevin böyük rolu olduğunu vurğulayıb.
Açılış nitqlərindən Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib.
Daha sonra çıxış edən
Əhliman Əmiraslanov Böyükkişi Ağayevin zəhmətkeş fəaliyyətindən danışıb və konqres iştirakçılarına uğurlar arzulayıb.
Tədbir iştirakçıların Böyükkişi Ağayevin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, konqres sentyabrın 14-dək davam edəcək.