Bakıda XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilir

Bakıda XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilir Bu gün Azərbaycan Tibb Universitetində (ATU) XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilir.
Sağlamlıq
11 Sentyabr , 2019 10:56
Bakıda XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilir

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar konqresi keçirilir.

''Report''un xəbərinə görə, tədbirdə çıxış edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev konqres iştirakçılarını salamlayaraq bildirib ki, dünyanın 25 ölkəsindən 150-dən çox mütəxəssis fikir mübadiləsi aparmaq üçün Bakıya təşrif buyurublar: ''Konqresə olan maraq həm də ondan ibarətdir ki, bu il konqresin materiallarında 31 ölkədən 600-ə qədər məqalə və tezislər dərc olunub. Bu da konqresin əhəmiyyətindən xəbər verir. Azərbaycan səhiyyəsinin inkişafında çox böyük addımlar atılıb".

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli konqres iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. O, konqresin ərsəyə gəlməsində akademik Böyükkişi Ağayevin böyük rolu olduğunu vurğulayıb.

Açılış nitqlərindən Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib.

Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu gün Azərbaycan mühüm konfrans, forumların mərkəzinə çevrilib: "Bu konqres ölkəmizin səhiyyə ictimaiyyəti adına çox mühüm hadisədir. Burada dünyada tanınmış mütəxəssislər iştirak edir. Bu konqreslərin keçirilməsində akademik Böyükkişi Ağayevin böyük rolu var. Şahidiyəm ki, o bu cür mürəkkəb məsələlərə necə ciddi yanaşırdı. Təəssüflər olsun ki bugünkü konqresi Böyükkişi Ağayevsiz keçiririk. Bu konqresin də onun xatirəsinə həsr olunması onun ən böyük haqqıdır''.

Əhliman Əmiraslanov Böyükkişi Ağayevin zəhmətkeş fəaliyyətindən danışıb və konqres iştirakçılarına uğurlar arzulayıb.

Tədbir iştirakçıların Böyükkişi Ağayevin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, konqres sentyabrın 14-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi