Rəis: "Ötən il cəzaçəkmə müəssisələrində 10-a yaxın məhkum vərəmdən ölüb"

Rəis: "Ötən il cəzaçəkmə müəssisələrində 10-a yaxın məhkum vərəmdən ölüb" Bakı. 6 noyabr. REPORT.AZ/ Ötən il Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxını dünyasını dəyişib.
Sağlamlıq
6 Noyabr , 2018 13:11
Rəis: Ötən il cəzaçəkmə müəssisələrində 10-a yaxın məhkum vərəmdən ölüb

Bakı. 6 noyabr. REPORT.AZ/ "Ötən il Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxını dünyasını dəyişib".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhkumlar arasında vərəmə yoluxma halları kəskin şəkildə azalıb: "1995-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində vərəmlə ölüm faizi 105 dəfə azalıb. Bu faiz getdikcə azalaraq respublikada mövcud olan ölüm faizindən önəmli dərəcədə aşağıdır. Cəzaçəkmə müəssisələrində aparılan səmərəli metodların nəticəsində vərəmli xəstələrin, hətta ağır formalı vərəmli xəstələrin sayı və ölüm faizləri getdikcə azalır".

R.Mehdiyev bildirib ki, vərəm, adətən, İİV, Hepatit və digər patologiyaları olan şəxslər arasında daha geniş yayılıb: "Vərəmli məhkumların əksəriyyəti orta yaşlı insanlardır. Dərmanlara həssas olan vərəmli xəstələrin müalicəsinin effektivliyi 91-92% ətrafındadır. Dərmanlara davamlı vərəmli xəstələrin müalicə effektivliyi isə 83-85% ətrafındadır. Baxmayaraq ki, ÜST bu hədəfi 80% verir".

Ədliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, Azərbaycanda tək cəzaçəkmə müəssisələrində yox, istintaq təcridxanalarında da yeni yoluxma halları qeydə alınır: "Hazırda cəzaçəkmə müəssisələrində olan vərəmli xəstələrdən 2 nəfəri qadındır. Müalicə mərkəzində vərəmlə yanaşı, digər xəstəliklər üzrə müalicə alan şəxslərin sayı, təxminən, 300-ə yaxındır. Onlar arasında yeniyetmə yoxdur".

Son xəbərlər

Orphus sistemi