Yuxarı
    Bağlamaq

    Səhiyyə naziri: "Əvvəllər qeyri-obyektiv yanaşma nəticəsində haqqı çatan bəzi insanlara əlillik verilməyib"

    © Report — Səhiyyə naziri Oqtay Şirəliyev

    Bakı. 9 yanvar. REPORT.AZ/ “Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb”.

    “Report” xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

    Nazir bunun çox vacib məsələ olduğunu bildirib: “Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma, əvvəllər təxminən, 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.

    O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: “Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.

    Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: “Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi