Oqtay Şirəliyev Zərdabda vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Zərdabda vətəndaşları qəbul edəcək Bakı. 4 yanvar. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev sabah saat 11:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.
Sağlamlıq
4 Yanvar , 2018 18:57
Oqtay Şirəliyev Zərdabda vətəndaşları qəbul edəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev sabah saat 11:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağsu və Göyçay rayon sakinləri iştirak edə bilərlər.

Qəbul zamanı sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Zərdab Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi