Yuxarı
    Bağlamaq

    Keçən il Azərbaycanda hepatitə yoluxanların sayı açıqlanıb

    2014-cü il üzrə ölkədə 0-4 yaşlı uşaqlarda da hepatitlərə rast gəlinib

    Bakı. 4 iyun. REPORT.AZ/ Keçən il Azərbaycanda hepatit virusuna yoluxanların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq  bildirilib ki, 2014-cü ildə Azərbaycanda 435 nəfərdə hepatitlər aşkar olunub. Onlardan 161-i qadındır.

    Ümumilikdə xəstəliyin daşıyıcıları arasında 60-ı qadın olmaqla 180 nəfərdə kəskin B hepatiti aşkarlanıb. 130 nəfərdə isə kəskin C hepatiti aşkar olunub ki, onlardan 53-ü məhz qadınlardır.

    Bundan başqa, 2014-cü il üzrə ölkədə 0-4 yaşlı uşaqlarda da hepatitlərə rast gəlinib. Ötən il 6 uşaq arasında xəstəlik aşkar olunub ki, onlardan birində kəskin hepatit B, digər bir nəfərdə kəskin hepatit C virusu tapılıb.

    Həmçinin, 5-13 yaşlı uşaqlar arasında ümumilikdə 21 belə fakt qeydə alınıb. Onlardan 4-ü kəskin hepatit B, 1-i kəskin hepatit C-yə yoluxub. 2013-cü ildə isə 29 azyaşlıda hepatitlər aşkar olunub. Onlardan yalnız 2-ində kəskin B hepatit tapılıb.

    Eyni zamanda, keçən il üçün 14-17 yaşlı uşaqlar arasında xəstəlik 18 nəfərdə qeydə alınıb. Onlardan 6-sı kəskin hepatit B, 1-i isə kəskin hepatit C-dir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi