Baş həkim: “Ermənilərin atəşi nəticəsində qəlpə yarası alan qadının vəziyyəti stabildir”

Baş həkim: “Ermənilərin atəşi nəticəsində qəlpə yarası alan qadının vəziyyəti stabildir” Əməliyyata götürülən xəstənin həyatı üçün təhlükə yoxdur
Sağlamlıq
5 İyul , 2017 09:50
Baş həkim: “Ermənilərin atəşi nəticəsində qəlpə yarası alan qadının vəziyyəti stabildir”
Sənan Həsənoğlu

Bakı. 5 iyul. REPORT.AZ/ “Ötən gün ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan, hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının səhhəti hazırda stabildir”.

Bunu “Report”a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

O bildirib ki, döş qəfəsinin qəlpə yarası diaqnozu ilə əməliyyata götürülən xəstənin həyatı üçün heç bir təhlükə yoxdur: “Bir-iki gündən sonra xəstə bizim xəstəxanaya gətiriləcək. Hesab edirəm ki, bir həftəlik müalicədən sonra hətta evə də yazıla bilər”.

Qeyd edək ki, Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Son xəbərlər

Orphus sistemi