Azərbaycan əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanıb

Azərbaycan əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanıb Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanıb.
Sağlamlıq
28 Dekabr , 2018 17:16
Azərbaycan əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanıb
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanıb.

“Report” xəbər verir ki, Səhiyyə Nazirliyində yaradılan İşçi qrupu tərəfindən hazırlanan sənəd razılaşdırılmaq üçün aidiyyətli qurumlara göndərilib.

Hazırda dövlət qurumlarından daxil olmuş təkliflər əsasında sənəd layihəsində müvafiq dəyişikliklər aparılır.

Qeyd edək ki, bu, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

Bundan başqa, Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması”, “Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” məqsədi ilə də təkliflər hazırlanıb.

Son xəbərlər

Orphus sistemi