Yuxarı

Azərbaycanda 6 mindən çox şəxsin talassemiya daşıyıcısı olduğu aşkarlanıb

180 min insanın müayinəsi nəzərdə tutulur

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda artıq 9 aydır ki, nikahdan əvvəl talessimiyanın aşkarlanması üçün müayinələr aparılır və il ərzində 180 min insanın müayinəsi nəzərdə tutulur. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva deyib.

Onun sözlərinə görə, artıq 107 500 nəfər müayinə olunub.

Müayinə olunanlar arasında 6 222 nəfər talessimiya daşıyıcısı olduğu aşkarlanıb: “Eləcə də 48 cütlükdə hər ikisində talessimiya aşkarlanıb. Bu cütlüklər arasında 4-5 nəfəri nikaha daxil olmayanlar da var. Ailə quranlar arasında isə hamilələr də var, onlar da bizə müraciət edirlər. Onlar genetik müayinə olunurlar və ilk olaraq dölün Perinatal Mərkəzdə diaqnostikası aparılıb və həmin döldə xəstəlik aşakarlanıb. Bu barədə gənclərə məlumat verdik və onlar uşaqda xəstəlik olduğu üçün hamiləliyi pozublar”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi