Yuxarı
    Bağlamaq

    Azərbaycanda qidalanma sahəsində Fəaliyyət Planı qəbul ediləcək

    Daha bir müddəa fiziki aktivliyin təbliği ilə bağlıdır

    Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan üzrə 2017-2018-ci illəri əhatə edən qidalanma sahəsində Fəaliyyət Planı qəbul ediləcək. “Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində müddəa yer alıb.

    Sənədə əsasən, fizioloji qida normaları qəbul ediləcək. Qida məhsullarından trans-yağların çıxarılması və onların çoxdoymamış yağ turşuları ilə əvəz edilməsi üzrə tədbirlər müəyyən ediləcək; tərkibində doymuş yağlar, trans-yağ turşuları, sadə şəkər və ya duz yüksək olan qida məhsullarının marketinqinin uşaqlara təsiri azalacaq; tərkibində çoxdoymamış yağ turşuları olan qida məhsullarının istehlakı artırılacaq; körpələrin ana südü ilə qidalandırılması da daxil olmaqla, əhaliyə sağlam qidalanma vərdişləri aşılanacaq.

    Sadalananların icrası İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılıb.

    Daha bir müddəa fiziki aktivliyin təbliği ilə bağlıdır. Belə ki, sənədə əsasən, iş yerlərində və ictimai yerlərdə fiziki aktivlik üçün şərait yaxşılaşdırılacaq; yaşayış məntəqələrində əhalinin fiziki aktivlik üçün obyektlərə əlçatanlığı artacaq; fiziki passivlik (o cümlədən böyüklər arasında) 10%-dək azalacaq. Bu isə Səhiyyə, Təhsil, Gənclər və İdman nazirliklərinə, eləcə də yerli icra hakimiyyəti orqanlarına həvalə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi