Yuxarı

Azərbaycanda özəl tibb fəaliyyəti ilə məşğul olan şəxslərə bəzi qadağalar qoyulur

Özəl tibb fəaliyyəti haqqında qanuna əlavə və dəyişikliklər qəbul edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda özəl tibb fəaliyyəti ilə məşğul olan şəxslərə müəyyən qadağalar qoyulur. "Report" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Özəl tibb fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər qəbul edilib. 

Qanuna edilən dəyişikliyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilən xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

Bundan başqa, özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri artırılıb. Belə ki, qanunun 16-cı maddəsinə IV abzas əlavə edilib. Əlavəyə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi