Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq

Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq Bu il Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq.
Sağlamlıq
13 Fevral , 2020 12:39
Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq
Qoşqar Təhməzli / Report / Sultana Ahmadbayli

"Bu il Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu il iki idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur: "Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulmuş idxal-karantin məntəqələrinin layihələnməsi həyata keçiriləcək".

Q.Təhməzli bildirib ki, növbəti illərdə də Azərbaycanın digər sərhəd-keçid məntəqələrindən kənar yerlərdə belə məntəqələrin qurulması planlaşdırılır: "İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi