Yuxarı

AQTA meyvə milçəyi ilə bağlı təkrar fitosanitar müşahidələrə başlayıb

AQTA meyvə milçəyi ilə bağlı təkrar fitosanitar müşahidələrə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində Aralıq dənizi meyvə milçəyinin mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə müşahidələrə başlayıb. 

AQTA-dan "Reporta" verilən məlumata görə, bu məqsədlə artqı müvafiq ərazilərdə feremon tutucu tələlər quraşdırılıb.

Qeyd edək ki, agentliyin mütəxəssisləri sözügedən zərərli orqanizmin aktiv fəaliyyət dövrünü nəzərə alaraq ölkə ərazisində yayılma arealını müəyyənləşdirmək məqsədi ilə aprel-iyun aylarında fitosanitar müşahidələr aparmışdı. Müşahidələr zamanı respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən-Aralıq dənizi meyvə milçəyi aşkar edilməmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi