Qoşqar Təhməzli: "Qida zəhərlənmələrinin 95 faizində insanların şəxsi gigiyena qaydalarına əməl etmədiyi məlum olub"

Qoşqar Təhməzli: "Qida zəhərlənmələrinin 95 faizində insanların şəxsi gigiyena qaydalarına əməl etmədiyi məlum olub" Bütün qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi qaydaları daha çox ictimai iaşə müəssələrində gözlənilmir.
Sağlamlıq
9 Sentyabr , 2019 12:37
Qoşqar Təhməzli: Qida zəhərlənmələrinin 95 faizində insanların şəxsi gigiyena qaydalarına əməl etmədiyi məlum olub

"Bütün qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi qaydaları daha çox ictimai iaşə müəssələrində gözlənilmir".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, aparılan audit və monitorinqlər nəticəsində məlum olur ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi qaydaları daha çox gözlənilir, nəinki ictimai iaşə müəssisələrində: "Bura insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizlik qaydalarının gözlənilməsi tək qidaların özünün keyfiyyəti ilə bağlı deyil, orada işləyən şəxslərin şəxsi gigiyena qaydalarına əməl etməmək faktı ilə də bağlıdır".

Agentlik sədri bildirib ki, qida zəhərlənmələri faktlarının təxminən 95 faizinin labarator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etmədikləri məlum olub: "Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna bilər, düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigyenik qaydalara əməl etməsələr, bunun nəticəsində toy mərasimlərində insanların kütləvi şəkildə mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər". 

Orphus sistemi