Zaur Əliyev: "TƏBİB-in müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır"

Zaur Əliyev: "TƏBİB-in müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır" TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin rəqabətədavamlılığı əhəmiyyətli dərəcədə artırılmalı, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır.
Sağlamlıq
20 Dekabr , 2023 12:15
Zaur Əliyev: TƏBİB-in müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır

TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin rəqabətədavamlılığı əhəmiyyətli dərəcədə artırılmalı, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır.

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi yardımın göstərilməsində əsas yük TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə düşür: "Buna görə də TƏBİB-lə qarşılıqlı əməkdaşlıq etməkdə, bir məqsədə xidmət edərək - əhalinin vaxtında, keyfiyyətli xidmətlə təmin edilməsində, vətəndaşların səhiyyə ilə bağlı xərclərinin azaldılmasında maraqlıyıq".

"Qoyulan hədəflərə çatmaq üçün bu gün səmərəli əməkdaşlıq edirik. Agentlik dövlət tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması istiqamətində TƏBİB-ə dəstək göstərir. Ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu günədək agentlik tərəfindən dövlət tibb müəssisələri üçün 400 milyon manatdan çox məbləğdə yeni cihaz, avadanlıq, müxtəlif dərman vasitələri, 349 sayda təcili tibbi yardım avtomobili alınıb. Dövlət səhiyyə sisteminə aid tibb müəssisələrində idarəetmənin və tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərə göstərdiyimiz dəstək bundan sonra da davam edəcək", - Z.Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi