Yevlaxda qanunsuz heyvan kəsimi faktları aşkarlanıb

Yevlaxda qanunsuz heyvan kəsimi faktları aşkarlanıb Qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb
Sağlamlıq
8 May , 2021 15:24
Yevlaxda qanunsuz heyvan kəsimi faktları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirir.

"Report" xəbər verir ki, növbəti belə tədbir Agentliyin əməkdaşları tərəfindən Yevlax rayonunun Xaldan qəsəbəsi, Xanabad, Aşağı Bucaq və Salamabad kəndlərində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində həyata keçirilib.

Reydlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər. Reyd zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə çağırır. Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi