Nazir: Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir

Nazir: Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.
Sağlamlıq
27 Dekabr , 2024 11:44
Nazir: Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir
Teymur Musayev

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.

"Report"un məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:

"Həmin şəxslərin müalicəsi daim nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".

T.Musayev həmçinin yaralıların hansı səbəbdən xəsarət aldıqlarının hələ ki məlum olmadığını da bildrib:

"Onların qəlpə, yaxud güllə yarasından xəsarət aldıqları barədə konkret bir şey deyə bilmirik. Çünki bu başqa araşdırma mövzusudur".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi