Yaponiyada COVID-19 ilə bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb

Yaponiyada COVID-19 ilə bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb Yaponiyada ötən gün COVID-19 ilə əlaqəli 420 ölüm faktı qeydə alınıb ki, bu da ölkədə pandemiyanın bütün dövrü üçün rekord göstəricidir.
Sağlamlıq
30 Dekabr , 2022 14:30
Yaponiyada COVID-19 ilə bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb

Yaponiyada ötən gün COVID-19 ilə bağlı 420 ölüm faktı qeydə alınıb ki, bu da ölkədə pandemiyanın bütün dövrü üçün rekord göstəricidir.

"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, gündəlik ölüm sayında əvvəlki rekord bir gün əvvəl qeydə alınıb və say 415-ə bərabər olub.

Mütəxəssislər ölüm hallarının sayında bu kəskin artımın səbəbini dəqiq müəyyənləşdirə bilməsələr də, yaşlı xəstələrdə xroniki xəstəliklərin gedişatının pisləşməsi ilə bağlı ola biləcəyini güman edirlər.

Bu arada, Yaponiya yeni yoluxma hallarının sayının kəskin artdığı Çinin materik hissəsindən gələn bütün şəxslərin COVID-19 testindən keçməsini tələb edəcək.

Qeyd edək ki, indiyədək Yaponiyada koronavirusa 29,1 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, təxminən, 56,9 min nəfər xəstəliyin qurbanı olub.

Son xəbərlər

Orphus sistemi