Səhiyyə Nazirliyi Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.
Sağlamlıq
26 Mart , 2019 11:51
Səhiyyə Nazirliyi Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

O qeyd edib ki, nazirliyin 1 əməkdaşı isə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Nazirlik rəsmisi bildirib ki, bundan başqa halı pisləşən 2 sahibkara yerində tibbi yardım göstərilib. 

P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstərib: “Yanğın səhər saatlarında baş verən zaman ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”.

Son xəbərlər

Orphus sistemi