Xırdalandakı yanğında zəhərlənmiş 7 nəfər bu gün evə buraxılacaq

Xırdalandakı yanğında zəhərlənmiş 7 nəfər bu gün evə buraxılacaq Bakı. 7 dekabr. REPORT.AZ/ Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş verən yanğında zəhərlənən 7 nəfərin evə buraxılması üçün hazırlıq gedir. Güman edirəm ki, günün sonuna kimi hamısı evlərinə gedəcək.
Sağlamlıq
7 Dekabr , 2017 13:55
Xırdalandakı yanğında zəhərlənmiş 7 nəfər bu gün evə buraxılacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ "Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş verən yanğında zəhərlənən 7 nəfərin evə buraxılması üçün hazırlıq gedir. Güman edirəm ki, günün sonuna kimi hamısı evlərinə gedəcək."

Bunu "Report"a açıqlamasında həmin şəxslərin yerləşdirildiyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

Onun sözlərinə görə, şöbədə qalan 7 nəfərdən beşi böyük, ikisi isə uşaqdır: "Onların vəziyyətləri orta-ağırdır. Lakin həyati təhlükələri yoxdur. Hazırda onlar müayinə olunub və evə buraxılması üçün hazırlıq işləri gedir". 

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb. Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi