Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkar olunub

Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkar olunub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Xudu Məmmədov küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Qafarov Rasim Hüseyn oğlu və Səfərov Yasin Yaşar oğluna məxsus heyvan kəsimi
Sağlamlıq
291
10 Avqust , 2021 16:56
Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Xudu Məmmədov küçəsinin kəsişməsində fəaliyyət göstərən, fiziki şəxs Qafarov Rasim Hüseyn oğlu və Səfərov Yasin Yaşar oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirib.

AQTA-dan “Report”a verilən məlumata görə, yoxlama zamanı müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı aşkar olunub.

Eyni zamanda müəssisədə baytarlıq nəzarətindən keçirilməyən xırdabuynuzlu heyvanların kəsiminin həyata keçirildiyi, iribuynuzlu heyvan ətlərinin müşayiətedici baytarlıq sənədlərinin mövcud olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və sanitar geyimlə təmin edilmədiyi müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd fəaliyyət göstərməməyə, vətəndaşları isə bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir.

Son xəbərlər

Orphus sistemi