Hazırda ölkə epidemioloji durum stabildir.
Bu barədə "Report"un sualına cavab olaraq TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov jurnalistlərə deyib.
"Hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur", - o qeyd edib.
V.Qurbanov bildirib ki, istər xəstəxanalar, istərsə də tibb müəssisələr prosesə tam hazırdır: "Həm regionlarda, həm də Bakıda fəaliyyət göstərən infeksion, reanimasiya şöbələri tam hazır vəziyyətdədir. Çarpayı fondu xəstə sayına uyğun artırıla və ya azaldıla bilər. Ümumilikdə, epidemioloji durumla əlaqəli hər hansı çətinlik və problem yoxdur. Vətəndaşlarımız qorxmasınlar, qızılca ilə əlaqəli uşaq və yaşlı əhalidə hər hansı simptom müşahidə edilərsə, dərhal xəstəxana və ya digər tibb müəssisələrinə müraciət edə bilərlər. Çünki bəzən evdə düzgün aparılmayan müalicə effektsiz ola bilər. Pasiyentlərin müalicəsi yüksək ixtisaslı peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək ki, heç bir fəsad, yaxud ölüm halı olmasın".