ÜST rəsmisi: "Biz hələ də fırtınanın ortasındayıq"

ÜST rəsmisi: "Biz hələ də fırtınanın ortasındayıq" Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə, Ukrayna, Belarus, Böyük Britaniya və Rusiyada koronavirusa yoluxma hallarının artdığını, qarşıdan gələn həftələrin infeksiyanın yayılması baxımından həlledici olacağını bildirib.
Sağlamlıq
497
16 Aprel , 2020 15:41
ÜST rəsmisi: Biz hələ də fırtınanın ortasındayıq
0 : 00
0 : 00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyə, Ukrayna, Belarus, Böyük Britaniya və Rusiyada koronavirusa yoluxma hallarının artdığını, qarşıdan gələn həftələrin infeksiyanın yayılması baxımından həlledici olacağını bildirib.

“Report” “dw”yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge keçirdiyi mətbuat konfransında məlumat verib.

O, bəzi bölgələrdə yoluxma hallarının azaldığını, bəzilərində isə hələ də yüksəldiyini vurğulayıb.

H.Kluge koronavirusla mübarizədə hələ də qələbə əldə edilmədiyini vurğulayıb: “Xətaya yol verməyin. Yaz havasına baxmayaraq, biz hələ də fırtınanın ortasındayıq”.

ÜST rəsmisi normal həyata dönüləcək vaxtın məlum olmadığını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi