Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, qarşıdakı bir neçə ay gələcək pandemiyaya hazırlıq üzrə tədbirlərin görülməsi üçün çox əhəmiyyətli olacaq.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Qarşıdakı üç ay pandemiyaya hazırlıq və reaksiyanın formalaşması üçün əhəmiyyətli kritik dövr olacaq", - o deyib.
Tedros Adanom Qebreyesus xatırladıb ki, sentyabrda BMT Baş Assambleyasının sessiyası başlayacaq, həmçinin "Böyük iyirmilik" sammiti, sonra isə noyabrda ÜST-ün xüsusi sessiyası keçiriləcək. Bu tədbirlərdə pandemiya, koronavirusa qarşı mübarizə mövzusu geniş müzakirə ediləcək.
ÜST rəhbərinin sözlərinə görə, təşkilat öz sıralarında 194 ölkəni birləşdirərək unikal qlobal mandata malikdir.