Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters”ə beynəlxalq təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.
"Bu gün Fövqəladə Hallar Komitəsinin üzvləri bir araya gələrək bildirdilər ki, onların fikrincə, baş verənlər beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətdir. Bu tövsiyəni qəbul etdim", - Qebreyesus deyib.
O bildirib ki, 2024-cü ildə xəstəliyin qeydə alınmış hallarının sayı ötən ilin göstəricilərindən iki dəfə çox olub və 14 min hala çatıb. Bundan əvvəl ÜST meymun çiçəyi xəstəliyini beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət adlandırıb. Bu barədə təşkilatın saytında dərc olunan bəyanatda deyilir.
ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.