ÜST koronavirusa yoluxan uşaqların müalicəsi ilə bağlı yeni tövsiyələr verib

ÜST koronavirusa yoluxan uşaqların müalicəsi ilə bağlı yeni tövsiyələr verib Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaşı 18-ə qədər olan uşaqların multisistem iltihab sindromunun xəstəxana şəraitində müalicəsinə dair yeni tövsiyələr verib.
Sağlamlıq
24 Noyabr , 2021 15:15
ÜST koronavirusa yoluxan uşaqların müalicəsi ilə bağlı yeni tövsiyələr verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaşı 18-ə qədər olan uşaqların multisistem iltihab sindromunun xəstəxana şəraitində müalicəsinə dair yeni tövsiyələr verib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, araşdırmalarda 885 pasiyent iştirak edib.

Bildirilib ki, 19 yaşdan aşağı uşaq və yeniyetmələrdə COVID-19 ilə bağlı multisistem iltihab sindromu bir neçə orqanının zədələnməsinə gətirib çıxarır. Bu, nadir, lakin çox təhlükəli xəstəlik olsa da, xoşbəxtlikdən, onun müalicəsi var. Bu sindromdan əziyyət çəkən uşaqlara peşəkar səviyyədə yardım göstərmək, onları intensiv terapiya palatasına yerləşdirmək tələb olunur. Belə uşaqlara vaxtında kömək göstərilsə, onlar tam sağalırlar.

ÜST mütəxəssisləri bu sindromu ilk dəfə 2020-ci il may ayında tədqiq ediblər. Bu xəstəliyin simptomları azı üç gün davam edən qızdırma, səpgi, irinli olmayan konyunktivit, selikli dəri qatının iltihabı, yüksək qan təzyiqi, insult və başqa əlamətlər şəklində təzahür edir. Bundan əlavə, uşaq və yeniyetmələrdə qarın ağrısı, qusma, qarın işləməsi kimi hallar yarana bilər. Ən çox yayılmış risk amilləri piylənmə, ağciyərlərin və tənəffüs yollarının xroniki xəstəlikləri, o cümlədən astma, ürək-damar xəstəlikləri və immunitetin zəifləməsidir.

Son xəbərlər

Orphus sistemi