ÜST: Dünyada bir gündə 620 mindən çox insanda koronavirus aşkarlanıb

ÜST: Dünyada bir gündə 620 mindən çox insanda koronavirus aşkarlanıb Dünyada COVID-19-a yoluxanların sayı 165,15 milyon nəfəri ötüb
Sağlamlıq
22 May , 2021 01:10
ÜST: Dünyada bir gündə 620 mindən çox insanda koronavirus aşkarlanıb

Dünyada COVID-19-a yoluxanların sayı 165,15 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 165 158 285 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 3 425 017 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 620 434 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 12 786 pasiyent təhlükəli infeksiyadan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi