Azərbaycanda orta ömür neçə ildir?

Azərbaycanda orta ömür neçə ildir? ÜST dünya ölkələrində səhiyyə sahəsindəki statistikanın əks olunduğu illik hesabatı dərc edib
Sağlamlıq
25 Dekabr , 2014 11:08
Azərbaycanda orta ömür neçə ildir?

Bakı. 25 dekabr. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrində səhiyyə sahəsindəki statistikanın əks olunduğu illik hesabatı dərc edib. "Report" xəbər verir ki, hesabatda orta ömrün yüksəlmə, ana və uşaq ölümlərinin azalma tendensiyası qeyd olunub.  

Hesabatda göstərilib ki, inkişaf edən ölkələrdə orta ömür 1990-cı ildən təxminən doqquz il uzanıb. ÜST-ün statistikasına əsasən, Azərbaycanda qeyd olunan müddət ərzində orta ömür 63 yaşdan 72 yaşa qədər yüksəlib. Kişilərdə orta ömür 60 yaşdan (1990-cı il) 69 yaşa qədər, qadınlarda isə - 66 yaşdan (1990-cı il) 75 yaşa qədər artıb. 

ÜST-ün məlumatlarına əsasən, dünyada vaxtsız ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyi, respitaro xəstəlikləri və insultlardır. 

Bununla yanaşı, Azərbaycanda ana və uşaq ölüm halları azalıb. ÜST-nin məlumatlarına görə, əgər 2000-ci ildə Azərbaycanda ana ölümünün əmsalı hər 100 000 doğuşa 57 təşkil edirdisə, 2013-cü ildə bu göstərici 26-ya qədər azalıb. 

Son xəbərlər

Orphus sistemi