Türkiyədə süd vəzisi xərçənginin müayinəsi üçün yeni cihaz hazırlanıb

Türkiyədə süd vəzisi xərçənginin müayinəsi üçün yeni cihaz hazırlanıb Əsas xüsusiyyəti süd vəzisində olan şişi daha böyük həcmdə və dəqiq göstərməsidir
Sağlamlıq
7 Yanvar , 2015 13:35
Türkiyədə süd vəzisi xərçənginin müayinəsi üçün yeni cihaz hazırlanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyədə süd vəzisi xərçənginin müalicəsi üçün yeni cihaz hazırlanıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Yeni cihaz Türkiyənin Akdeniz Universitetinin Tibb fakültəsi tərəfindən hazırlanıb.

Universitetin 7 illik fəaliyyəti nəticəsində Süd vəzisinin Lazer Tomoqrafiya sistemi daha da təkmilləşdirilib. Yeni cihazı digərlərindən fərqləndirən əsas xüsusiyyət süd vəzisində olan şişi daha böyük həcmdə və dəqiq göstərməsidir.

Cihazı keçirdiyi mətbuat konfransında təqdim edən professor Murad Canpolad 2007-ci ildə Avropa İttifaqının layihəsi olaraq başlanılan işin keçən il aprel ayında bitirdiklərini deyib.

O bildirib ki, bu günə qədər köhnə avadanlıqlarla süd vəzisində olan şişləri dəqiq görmək mümkün olmadığından,  bəzən xoşxassəli şişləri olan xəstələri də əməliyyat edirdilər: "Artıq bundan sonra bu sahədə işlər daha fərqli olacaq. Belə ki, yeni sistem vasitəsi ilə qan toxumalarını, eləcə də şiş olan nahiyədə qanın çox olmasını lentə alır. Buna görə də həmin nahiyədəki şişi daha dəqiq görmək imkanı əldə edirik. Artıq yeni cihaz üçün lisenziya alınması üçün müvafiq qurumlara müraciət edilib".

Universitetin digər həkimi Əməl Alimoğlu isə deyib ki, yeni cihaz 13 xəstə üzərində sınaqdan keçirilib və 10 nəfərində müsbət nəticə əldə edilib.

Son xəbərlər

Orphus sistemi