Türkiyədə karantində olan azərbaycanlılar sabah Vətənə qayıdacaqlar

Türkiyədə karantində olan azərbaycanlılar sabah Vətənə qayıdacaqlar Türkiyənin səhiyyə naziri Fahrettin Koca karantin müddəti bitən Çindən təxliyə edilmiş 42 nəfərlə bağlı mətbuatın suallarını cavablandırıb.
Sağlamlıq
14 Fevral , 2020 12:41
Türkiyədə karantində olan azərbaycanlılar sabah Vətənə qayıdacaqlar

Türkiyənin səhiyyə naziri Fahrettin Koca karantin müddəti bitən Çindən təxliyə edilmiş 42 nəfərlə bağlı mətbuatın suallarını cavablandırıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, nazir Uhandan təxliyə edilən, aralarında azərbaycanlıların da olduğu xarici vətəndaşların bilet rezervasiyas; ilə əlaqədar Türkiyədə bir gün artıq qalacaqlarını açıqlayıb.

“14 günlük müddətdə xəstəlik aşkarlanmayıb. Bu gün çıxan nəticələrin neqativ olduğunu, yəni koronavirusun olmadığını rahatlıqla söyləyə bilərik. 42 nəfərin hamısı ilə görüşmüşəm. Xarici vətəndaşlar isə daha bir gün qalmaq istədiklərini deyiblər. Təxliyəni yaxşı təşkil edən yeganə ölkə oluğumuzu xüsusi bildirmək istəyirəm”, - nazir vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə isə bu gün azərbaycanlılar koronavirusla bağlı sonuncu yoxlamadan keçiriləcək: "Həmin şəxslərdən müvafiq analizlər götürüləcək. Sabah səhər saatlarında Azərbaycan vətəndaşları Ankarada karantin altında saxlanıldıqları Zəkai Tahir Burak Xəstəxanasından buraxılacaq. Daha sonra isə onlarla səfirlikdə görüşlər keçiriləcək. Hazırda onların səhhəttində heç bir problem yoxdur. Azərbaycan vətəndaşları sabah axşam saatlarında artıq Bakıda olacaqlar”.

Qeyd edək ki, fevralın 1-də Çinin Uhan şəhərində aralarında 6 Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi