Səhiyyə Nazirliyi: "Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir"

Səhiyyə Nazirliyi: "Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir" “Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur”.
Sağlamlıq
500
15 Sentyabr , 2021 15:18
Səhiyyə Nazirliyi: Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir

“Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, sağalan insanların sayı yeni yoluxanları üstələyib: “Bu, xəstəxana yükünün azalmasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

“Əksər xəstəliklərin kəskin alovlanma dövründə peyvənd vurdurula bilməz. Xəstəlik idarəolunan səviyyəyə düşəndə vaksin vurula bilər. Təbii ki, insanlar həkimə müraciət edərək xəstəliyin hansı dövrdə olduğunu öyrənə bilərlər. Həkim məsləhətindən sonra peyvənd vurdurmaq olar”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi