Təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanacaq

Təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanacaq "Xüsusi təhlükəli bitki xəstəliklərinin daşıyıcısı olan bitkilərin əkin-səpin materiallarının əl yükləri və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilməsini qadağan edən tələblər müəyyənləşdirilib".
Sağlamlıq
1 Sentyabr , 2021 11:24
Təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanacaq

"Xüsusi təhlükəli bitki xəstəliklərinin daşıyıcısı olan bitkilərin əkin-səpin materiallarının əl yükləri və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilməsini qadağan edən tələblər müəyyənləşdirilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu tədbirlərin həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanaraq icrasının təmin edilməsi nəzərdə tutulur.

"Xəstəlik daşıyıcısı olan bitkilərin, əkin-səpin materiallarının virus, bakteriya və göbələklərə görə laborator müayinədən keçmədən əkilməsinin qadağan edilməsi, zərərli orqanizmlərlə sirayətlənmiş bitki və bitkiçilik məhsullarının zərərsizləşdirilməsi mexanizminin müəyyən edilməsi, zərərli orqanizmlərlə mübarizə üsullarından olan növbəli əkin sisteminin təşviq edilməsi, istifadə edilmiş kənd təsərrüfatı texnikalarının dezinfeksiya edilməsi tələbləri ilə bağlı işlər aparılacaq", - AQTA sədri bildirib.

Son xəbərlər

Orphus sistemi