TƏBİB-in yeni kommunikasiya strategiyası hazırlanır

TƏBİB-in yeni kommunikasiya strategiyası hazırlanır TƏBİB-in 2024-2026-cı illəri əhatə edən yeni kommunikasiya strategiyası hazırlanır.
Sağlamlıq
20 Dekabr , 2023 12:34
TƏBİB-in yeni kommunikasiya strategiyası hazırlanır

TƏBİB-in 2024-2026-cı illəri əhatə edən yeni kommunikasiya strategiyası hazırlanır.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti ildən əvvəlki illərdə əldə edilən nəticələr daha da yüksəldiləcək, əhalinin maarifləndirilməsi, jurnalistlərin təlimlərə cəlb olunması yolu ilə tibb sahəsi üzrə ixtisaslaşmasına dəstək göstəriləcək: "Yeni strategiya çərçivəsində müasir dövrün yeni tendensiyaları da nəzərə alınacaq".

Z.Ədilova xatırladıb ki, TƏBİB-in fəaliyyəti ilə bağlı əhalinin məlumatlandırılması, eləcə də müraciətlərin daha operativ cavablandırılmasının əhəmiyyətli olması sosial media platformalarının aktuallığını artırır.

Son xəbərlər

Orphus sistemi