TƏBİB-in icraçı direktoru rentgen aparatları ilə bağlı aparılan monitorinqlərə münasibət bildirib

TƏBİB-in icraçı direktoru rentgen aparatları ilə bağlı aparılan monitorinqlərə münasibət bildirib TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Fövqəladə Hallar Nazirliyinin (FHN) tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyəti ilə bağlı apardığı monitorinqlərə münasibət bildirib.
Sağlamlıq
20 Dekabr , 2023 13:31
TƏBİB-in icraçı direktoru rentgen aparatları ilə bağlı aparılan monitorinqlərə münasibət bildirib

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Fövqəladə Hallar Nazirliyinin (FHN) tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyəti ilə bağlı apardığı monitorinqlərə münasibət bildirib.

"Report"un məlumatına görə, V.Qurbanov jurnalistlərə açıqlamasında həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında maraqlı olduqlarını deyib.

Onun sözlərinə görə, bu məsələlərlə bağlı FHN ilə daim danışıqlar aparılır: "Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen, KT otaqlarının həm izolyasiyası, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb müəssisələrinin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna bütün tibb müəssisələrində bu istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq".

Son xəbərlər

Orphus sistemi