TƏBİB-dən evdə müalicə ilə bağlı açıqlama

TƏBİB-dən evdə müalicə ilə bağlı açıqlama “Dünya təcrübəsinə baxarsaq bəzi şəxslər tam sağaldıqdan sonra onlarda virusun genetik material qaldığından pozitivlik aşkar oluna bilər, amma bu yoluxdurucu sayılmır”.
Sağlamlıq
10 İyul , 2020 17:50
TƏBİB-dən evdə müalicə ilə bağlı açıqlama

“Dünya təcrübəsinə baxsaq, bəzi şəxslər tam sağaldıqdan sonra onlarda virusun genetik materialı qaldığından pozitivlik aşkar oluna bilər, amma bu yoluxdurucu sayılmır”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, evdə koronavirus xəstəsi olan şəxs varsa və digərləri də özlərini müəyyən müddətdə izolyasiya edibsə, o artıq yoluxucu sayılmır: “Xəstəliyi keçirən şəxsdə immunitet yaranır. O, izolyasiya dövrünü bitirəndən sonra işə çıxa bilər. İzolyasiya dövrü bitəndən sonra idarə tərəfindən yenidən analiz nəticəsini tələb etməsi düzgün deyil”.

Son xəbərlər

Orphus sistemi