TƏBİB: Süni havalandırma olan yerlərdə məhdudiyyət tətbiq edilməlidir

TƏBİB: Süni havalandırma olan yerlərdə məhdudiyyət tətbiq edilməlidir İctimai nəqliyyatda və ya ictimai iaşə obyektlərində havanı içəridən sirkulasiya edən havalandırma sistemələri varsa, orada məhdudiyyət tətbiq edilməlidir.
Sağlamlıq
9 İyun , 2020 19:41
TƏBİB: Süni havalandırma olan yerlərdə məhdudiyyət tətbiq edilməlidir

"İctimai nəqliyyatda və ya ictimai iaşə obyektlərində havanı içəridən sirkulasiya edən havalandırma sistemələri varsa, orada məhdudiyyət tətbiq edilməlidir".

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu yoluxma hallarını artırır: “Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılıb və müəyyən qaydalar üzərində çalışılır. Hələ ki, dözülməz isti yoxdur. Ancaq irəlidə bu baş verə bilər. Yaxın gələcək üçün bununla bağlı növbəti qərarlar hazırlanacaq və qaydalar qəbul ediləcək”.

Son xəbərlər

Orphus sistemi