TƏBİB sədri: "Bəzi pasiyentlər xəstəxanaya ağırlaşma formasında gəlir"

TƏBİB sədri: "Bəzi pasiyentlər xəstəxanaya ağırlaşma formasında gəlir" Bir çox pasiyentlər gec müraciət etdiklərindən xəstəxanaya ağırlaşma formasında gəlirlər.
Sağlamlıq
944
8 Aprel , 2020 18:09
TƏBİB sədri: Bəzi pasiyentlər xəstəxanaya ağırlaşma formasında gəlir

"Bir çox pasiyentlər gec müraciət etdiklərindən xəstəxanaya ağırlaşma formasında gəlirlər".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, özünü evdə müalicəyə cəhd halları olur: "Vətəndaşlar hesab edir ki, təcili yardıma zəng edən kimi onları aparacaqlar. Bu, əsla belə deyil. Çalışmaq lazımdır ki, virusun simptomları hiss ediləndə həkimə vaxtında müraciət edilsin".

TƏBİB sədri qeyd edib ki, son günlərin simptomatik diaqnozlu müraciətlərin məzmunu qriplə əlaqəli olub.

Son xəbərlər

Orphus sistemi