TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər

TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.
Sağlamlıq
8 Oktyabr , 2024 16:22
TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.

"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə qərar bu gün nazirlərin birgə bəyannamənin imzalanması ilə başa çatan IV iclasında qəbul edilib.

Səhiyyə nazirləri TDT-yə üzv ölkələr və müşahidəçilər üçün vahid tibbi elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsillə bağlı vahid standartların hazırlanması, tibb mütəxəssislərinin davamlı təhsilinin təmin edilməsi və səhiyyə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, təşkilat çərçivəsində vahid elektron səhiyyə standartları hazırlanmaqla pasiyentlər haqqında məlumat mübadiləsinin aparılması barədə qərar qəbul edilib.

Eyni zamanda, 2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İşçi Qrupunun Fəaliyyət Planı təsdiqlənib.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi