​Azərbaycanda “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib

​Azərbaycanda “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib Prezident İlham Əliyev Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb
Sağlamlıq
119
10 Fevral , 2015 14:59
​Azərbaycanda “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Sərəncamla təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilib.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi