Soyuqdəymədən qorumağın yolları

Soyuqdəymədən qorumağın yolları “Çox əsəbi olanlar başqalarına nisbətən daha tez-tez soyuqdəymədən əziyyət çəkirlər”.
Sağlamlıq
13 Dekabr , 2020 04:34
Soyuqdəymədən qorumağın yolları

“Çox əsəbi olanlar başqalarına nisbətən daha tez-tez soyuqdəymədən əziyyət çəkirlər”.

“Report” xəbər verir ki, bunu tibb elmləri namizədi, həkim-otorinolarinqoloq Anna Kolesnikova bildirib.

Onun sözlərinə görə, uzunmüddətli stres böyük kortizol istehsalına səbəb olur:

“Bu da öz növbəsində bədənin müqavimətini azaldır. Nəticədə başqaları üçün infeksiya daşıyıcısı olaraq qalırıq. İnfeksiyalara fərdi həssaslıq ilk növbədə immunitetdən asılıdır. Əgər patogenlə qarşılaşmısınızsa, böyük ehtimalla hələ də sizi qoruyacaq antikorlarınız vardır”.

Mütəxəssis, genetik meylin və fiziki aktivliyin də mühüm rol oynadığını əlavə edib. Həkimin fikrincə, yaxşı fiziki forma və müntəzəm idman xəstələnmə ehtimalını təxminən 50 dəfə azaldır.

Son xəbərlər

Orphus sistemi