Son sutkada Azərbaycanda 234 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

Sağlamlıq
  • 16 sentyabr, 2022
  • 14:37
Son sutkada Azərbaycanda 234 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 810 aktiv xəstə var. Bu günə qədər 9 881 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 929, bu günə qədər isə ümumilikdə 7 209 734 test icra olunub.

44 - Tezliklə