Son sutkada Azərbaycanda 24 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada Azərbaycanda 24 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
21 Yanvar , 2023 16:33
Son sutkada Azərbaycanda 24 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 24 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 237 nəfər müalicə olunaraq sağalıb, hazırda 333 aktiv xəstə var. Bu günə qədər 10 068 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 068, bu günə qədər isə ümumilikdə 7 469 502 test icra olunub.

Son xəbərlər

Orphus sistemi