Şirvanda zavodda partlayış nəticəsində xəsarət alanlardan daha biri evə buraxılıb

Şirvanda zavodda partlayış nəticəsində xəsarət alanlardan daha biri evə buraxılıb Qalan iki şəxsin isə müalicəsi davam etdirilir
Sağlamlıq
28 iyul 2016 07:48
Şirvanda zavodda partlayış nəticəsində xəsarət alanlardan daha biri evə buraxılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan şəxslərdən daha biri evə buraxılıb.

Bu barədə “Report”a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Məlumata görə, iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır: “Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi