Şirvana ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub

Şirvana ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub Xəsarət alanlara tibb yardımın göstərilməsi Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb
Sağlamlıq
26 İyul , 2016 17:11
Şirvana ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub

Şirvan. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub.

Bu barədə “Report”un bölgə müxbirinə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Səhiyyə Nazirliyindən isə “Report”a bildirilib ki, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Qeyd edək ki, son məlumata görə, yaralıların sayı 20-yə çatıb, onlardan birinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi