Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
Sağlamlıq
- 03 iyun, 2020
- 05:24
Səhiyyə Nazirliyi
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”sinə dəyişiklik edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyunun 2-də fərman imzalayıb.
Fərmana əsasən, Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Belə ki, sənədə edilən əlavəyə görə, Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Eyni zamanda, Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı fərmanla “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə də dəyişikliklər edilib. Sənədə edilən əlavəyə əsasən, Agentlik TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Son xəbərlər
03:08
ABŞ Baş Prokuroru: Ələ keçirilən tanker Venesuela və İrandan neft daşıyıb
Digər ölkələr02:49
Almaniya yaxın günlərdə Polşadan "Patriot"larını çıxaracaq
Digər ölkələr02:17
Axios: Ukrayna son sülh planı layihəsinə cavabını ABŞ-yə təqdim edib
Digər ölkələr01:56
UEFA Çempionlar Liqası: "Real" evdə "Mançester Siti"yə uduzub
Futbol01:41
ABŞ Venesuela sahillərində tanker saxlayıb
Digər ölkələr01:26
Boliviyanın keçmiş Prezidenti saxlanılıb
Digər ölkələr01:25
Foto
"Qarabağ"dan qalan - FOTOSESSİYA
Futbol01:08
Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib
Xarici siyasət01:05