Bakı. 2 iyul. REPORT.AZ/
Nazir deyib ki, bu Oyunlar Avropa idman tarixində yeni səhifə açmaqla yanaşı, ölkənin tərəqqisinin, qüdrətinin sübutu baxımından da böyük əhəmiyyət kəsb edir: "Oyunların keçirildiyi 17 gün və ondan əvvəl hazırlıq işlərində ölkənin bütün qurumları, eləcə də hər kəsin sağlamlığına cavabdehlik daşıyan səhiyyə xidmətləri çox yüksək səviyyədə iştirak ediblər. I Avropa Oyunlarına 600-dən artıq tibb işçisi cəlb edilib. Tibb işçiləri bütün gözləntilərin öhdəsindən böyük məharətlə gəldilər".
Daha sonra nazirin Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin, İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Layihə Əlaqələndirmə Bürosunun, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivlərinə I Avropa Oyunlarının tibbi təminatında öz vəzifə borclarını layiqincə və yüksək səviyyədə yerinə yetirdiklərinə görə təşəkkür əmri səsləndirilib.
O.Şirəliyev fərqlənən tibb işçilərinə Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı, "Fəxri Fərman" və xatirə hədiyyələri təqdim edib.