Səhiyyə Nazirliyi: "Azərbaycanda kifayət qədər vaksin var"

Səhiyyə Nazirliyi: "Azərbaycanda kifayət qədər vaksin var" "Buster dozanın qəbulu pandemiya dövrünün tələbidir".
Sağlamlıq
26 Yanvar , 2022 15:32
Səhiyyə Nazirliyi: Azərbaycanda kifayət qədər vaksin var

"Buster dozanın qəbulu pandemiya dövrünün tələbidir".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, iki doza vurduran şəxslərin təxminən üçdə bir hissəsi artıq buster dozanı vurdurub: “Bununla da onlar vaksin sertifikatının yararlılıq müddətini artırır və məhdudiyyətlərdən qaçına bilərlər. Əks halda, iki doza alanlar immunitet zəiflədiyindən həssas olurlar. Həmin şəxsləri də qapalı məkanlara buraxmaqla infeksiyanın daha sürətlə yayılmasına şərait yaratmış olarıq. Ona görə də müəyyən məhdudiyyətlərin tətbiqi doğru addımdır”.

“Bu gün ölkədə heç bir halda “vaksin yoxdur” kəlməsi işlədilmir. İstənilən şəxs istədiyi vaxt sağlamlığı imkan verdikcə müraciət edir və peyvənd olunur. “Omikron” dalğası dövründə buster dozanın əhəmiyyəti böyükdür. Artım tendensiyası davam edəcək. Bunun qarşısını almaq, insanların xəstəliyi yüngül keçirməsi, eləcə də xəstəxana yatışının az olması üçün üçüncü doza qətiyyətlə tövsiyə edilir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi