Səhiyyə nazirinin müavini: “Dərmanların qiymətlərində bahalaşma qaçılmazdır”

Səhiyyə nazirinin müavini: “Dərmanların qiymətlərində bahalaşma qaçılmazdır” Bu günlərdə Tarif Şurasının iclası olacaq
Sağlamlıq
22 Dekabr , 2015 16:54
Səhiyyə nazirinin müavini: “Dərmanların qiymətlərində bahalaşma qaçılmazdır”

Bu günlərdə Tarif Şurasının iclası olacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ “Nazirlər Kabinetinin təsdiq etdiyi və Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydalarına əsasən, yerli valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq. Təbii ki, dərmanların qiymətlərində artım olması qaçılmazdır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, yeni təyin olunacaq qiymətlər əvvəlki qiymətlərdən aşağı olacaq: “Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq”.

Nazir müavini həmçinin əlavə edib ki, bununla bağlı Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub: “Bu günlərdə şuranın növbəti iclası olacaq. Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağı məlum olacaq”.

Son xəbərlər

Orphus sistemi