Səhiyyə nazirinin müavini: “Azərbaycanda körpə ölümü artmayıb, azalıb”

Səhiyyə nazirinin müavini: “Azərbaycanda körpə ölümü artmayıb, azalıb” “İcbari tibbi sığortanın 2018-ci ildən bütün ölkədə həyata keçirilməsi nəzərdə tutulub”
Sağlamlıq
1 İyun , 2017 11:06
Səhiyyə nazirinin müavini: “Azərbaycanda körpə ölümü artmayıb, azalıb”

Bakı. 1 iyun. REPORT.AZ/ “Son 10 ildə 600-dən artıq tibb müəssisəsi yenidən qurulub və təmir olunub”.

"Report"un xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu illər ərzində kadrların hazırlığı istiqamətində də işlər görülüb.
E.Ağayev qeyd edib ki, ölkədə icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlax rayonlarında həyata keçirilir: “İcbari tibbi sığortanın 2018-ci ildən bütün ölkədə həyata keçirilməsi nəzərdə tutulub”.

O, vurğulayıb ki, ana və uşaq ölümlərinin azaldılması istiqamətində ciddi işlər aparılır: “Azərbaycanda körpə ölümü artmayıb, əksinə azalıb”.

Son xəbərlər

Orphus sistemi